Erməni tərəfi üçtərəfli bəyanata əməl etmək istəmir

saytların hazırlanması

Evə çatdırılma

Erməni tərəfi üçtərəfli bəyanata əməl etmək istəmir

Dünya

11 Noyabr 2020 11:47 1708


Ermənistan ictimaiyyəti Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladığı bəyanatı qəbul etmək istəmir.

Yenisabah.az xəbər verir ki, Paşinyanın bəyanatı imzalaması xəyanət kimi dəyərləndirlir. Lakin məsələnin başqa tərəfi də var. Ermənistanın ictimai-siyasi xadimləri bəyanatın Ermənistan üçün hüquqi öhdəliklər yaratmadığını bildirirlər.

“Üçtərəfli bəyanat beynəlxalq müqavilə deyil və Ermənistan üçün hüquqi öhdəliklər yaratmır”, - hüquq elmləri doktoru, professor Artur Qambaryan bildirir.

Onun sözlərinə görə, bəyanatın 9-cu maddəsi Ermənistan ərazisinin dəyişdirilməsinə aiddir ki, bu da hüquqi baxımdan müstəqillik bəyannamasənin 2-ci, konstitusiyanın 1-ci, 205-ci maddənin isə 1-c hissəsinə ziddir.

“Üçüncüsü, unutmayın ki, Ermənistanın istiqlal bəyannaməsi Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında" birgə qərarına əsaslanır.

Konstitusiya Məhkəməsinin belə bir qərarı bizim üçün deyil, tam hüquqlu suverenliyi əldə etmək üçün gələcək nəsilə lazımdır”, - deyə o əlavə edib.

Ermənistan ictimai-siyasi mühitində müzakirələrin bu istiqamətdə getməsi, yəni, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması, torpaq iddialarının davam etdirilməsi erməni tərəfin üçtərəfli bəyanata əməl edəcəyinə şübhə yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!