Erməni təxribatı nəticəsində ölən və yaralananların sayı açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Erməni təxribatı nəticəsində ölən və yaralananların sayı açıqlanıb

Kriminal

30 Oktyabr 2020 14:56 1190


Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Yenisabah.az Baş Prokurorluğa istinadla xəbər verir ki, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb. Bundan başqa, 428 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 442 yaşayış evi yararsız vəziyyətə düşüb: “Sentyabrın 27-dən bu günə qədər Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub. Nəticədə 4 uşaq hər iki valideynini itirib. Bununla yanaşı, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi olmaqla 91 nəfər həlak olub. Həlak olanlardan 15-i ahıl şəxslərdir. Xəsarət alan 400 nəfərdən 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 249 kişidir. Onlardan 45-i ahıl şəxslərdir”.

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki şəxslərin şəhər və rayonlar üzrə statistikası da məlum olub: “Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Gəncə şəhəri üzrə 26 nəfər həlak olub, 142 nəfər yaralanıb, Goranboy rayonu üzrə 8 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Tərtər rayonu üzrə 17 nəfər həlak olub, 56 nəfər yaralanıb. Bərdə üzrə 27 nəfər həlak olub, 101 nəfər xəsarət alıb, Beyləqan üzrə 2 nəfər ölüb, 5 nəfər yaralanıb, Ağcabədi rayonu üzrə 1 nəfər həlak olub, 17 nəfər xəsarət alıb. Füzuli üzrə 3 nəfər həlak olub, 17 nəfər yaralanıb, Ağdam üzrə 7 nəfər həlak olub, 44 nəfər xəsarət alıb, Mingəçevir üzrə 3 nəfər, Daşkəsən, Cəbrayıl, Xocalı və Tovuz üzrə isə 1 nəfər xəsarət alaraq yaralanıb”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!