Erməni xilasedicilərdən rüsvaylıq: həlak olanların şəxsi əşyalarını oğurlayır, evləri qarət edirlər...

saytların hazırlanması

Evə çatdırılma

Erməni xilasedicilərdən rüsvaylıq: həlak olanların şəxsi əşyalarını oğurlayır, evləri qarət edirlər...

Hadisə

14 Fevral 2023 09:48 1556


Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş etdirmiş oldular. Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən ermənilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb.

Milli.Az xəbər verir ki, Milli İstiqbarat Təşkilatının (MİT) əməkdaşları Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar. Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib.

Hatay vilayəti prokurorluğu talan maddəsi ilə cinayət işi açıb. Həbs olunanların hər ikisi Ermənistandan olan xilasedici qrupun nümayəndələridir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!