Erməni “yolunu azdı“ - Danışıqlar gedir

saytların hazırlanması

Evə çatdırılma

Erməni “yolunu azdı“ - Danışıqlar gedir

Rəsmi

23 Noyabr 2021 16:28 1446


Bu gün səhər tezdən Rusiya sülhməramlının yerləşdiyi Xocavənd rayonunun Heşan kənd sakini Azərbaycan silahlı qüvvələrinin nəzarət etdiyi bölgəyə keçib.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə qondarma rejimin milli təhlükəsizlik xidməti məlumat yayıb.

Ağdam istiqamətində Azərbaycan ordusuna təslim olan şəxs 2000-ci il təvəllüdlü erməni əsilli M.M.-in yolunu azdığı bildirib.

Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlılarına məlumat verilib. Hazırda həmin şəxsin erməni tərəfinə qaytarılması ilə bağlı danışıqlar gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!