Ermənilər Füzulidə 57 hektar meşə sahəsini məhv ediblər

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Füzulidə 57 hektar meşə sahəsini məhv ediblər

Sosial

28 Aprel 2021 09:42 998


Azərbaycan florasında ümumilikdə 5 minədək ali bitki növünə rast gəlinib.

Yenisabah.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O deyib ki, bunlardan 2200-ü (42 faizi) Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir. Pepperoni pizza

V.Kərimov qeyd edib ki, işğal dövrünədək rayonun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örütülü olub:

"Peyk təsvirlərinə əsasən işğal dövründə ermənilərin Füzulidə 57 hektar meşə sahəsini məhv etdiyi müəyyən olunub. Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı 100 illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!