Ermənilər Bakıda bilirsiz necə yaşayırdı? - Moskvadan hiddətli bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Bakıda bilirsiz necə yaşayırdı? - Moskvadan hiddətli bəyanat

Siyasət

03 İyun 2024 17:48 991


Gəlin, həqiqəti deyək: Ermənistanın bütün bugünkü problemləri və bədbəxtlikləri Azərbaycan SSR-ə qarşı ərazi iddiaları irəli sürüldüyü andan qaynaqlanır və məhz bu səbəbdən Cənubi Qafqazda millətlərarası münaqişənin uzunmüddətli qanlı dalğası başlayıb. 

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, Sovet dövründə Bakıda ermənilər Məsihin qoynundakı kimi yaşayırdılar: pizza sifarişi

“Məhz bədnam “Qarabağ Komitəsi”nin fəaliyyəti - hələ Baltikyanı separatçı hərəkatların yaranmasından əvvəl - mənim Vətənimin - Sovet İttifaqının parçalanması prosesini başlatdı. Ona görə də ən yüksək ədalət Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindədir. Məhz buna görə də Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi əvvəlcədən müəyyən edilmiş və tarixi qaçılmazlıq idi.

Mən SSRİ-nin dağılmasında günahı olanları, Gümrüdə desantlarımızı öldürənləri, Moskva metrosunu partladanları heç vaxt bağışlamayacağam.

Erməni xalqına - dövlət sərhədinin delimitasiyası və demarkasiyası və onun Ermənistan SSR-də olduğu kimi müəyyən edilməsindən sonra - sakit və dinc inkişaf arzulayıram. Paşinyanlı və ya Paşinyansız, özünüz qərar verin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!