“Ermənilər konsertimizi ləğv etdirmək istəyirdilər” - Abbas Bağırov

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər konsertimizi ləğv etdirmək istəyirdilər” - Abbas Bağırov

Şou

01 Avqust 2023 01:52 1481


Əməkdar artist Abbas Bağırov ötən il ABŞ-nin paytaxtı Vaşinqtonda verdiyi konsertdən danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində açıqlama verib.

O, Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirinin ermənilər tərəfindən ləğv olunmasına cəhd göstərildiyini bildirib: Marqarita pizza

"Çox böyük tədbir idi. Xalq artisti Ənvər Sadıqovla birlikdə getmişdik. Tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə dəstək məqsədi daşıyırdı. Kennedi zalında azərbaycanlı olaraq ilk dəfə konsert verdik. Gələ bilməyən həmyerlilərimiz bilet alıb, ianə etmişdilər. O konsertləri vermək üçün nə qədər əziyyət çəkildi. Orada xeyli sayda erməni yaşayır. Nə qədər cəhdlər, etirazlar etdilər ki, konserti ləğv etsinlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!