Ermənilər Paşinyanın bayramını zəhərə döndərdi: Etiraz 

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Paşinyanın bayramını zəhərə döndərdi: Etiraz 

Siyasət

21 Sentyabr 2021 10:52 7375


Bu gün Ermənistanın müstəqillik günü münasibətiylə bir sıra yüksək rütbəli dövlət rəsmiləri “Yerablur” hərbi panteonuna səfər ediblər.

“Yeni Sabah” “Hraparak”-a istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan, prezident Armen Sarkisyan, Milli Məclisin sədri Alen Simonyan, yeni təyin olunmuş Müdafiə naziri Arşak Karapetyan, Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, qondarma rejimin baş terrorçusu Arayik Arutyunyan və digər rəsmilər “Yerablur”-a səfər ediblər.

Hadisə şahidi olan jurnalist Karen Martirosyan bildirir ki, əvvəlcə jurnalistlərin işinə mane olmasalar da, sonra polis hər yeri bağlayaraq onların məmurlara yaxınlaşmasına imkan verməyib.  Toyuqlu pizza

Bununla da dövlət rəsmilərinin jurnalistlərin suallarından və narazı kütlələrin təzyiqlərindən yayınmaq imkanı olub:

“Məsələ burasındadır ki, bir çox vətəndaşlar, əsasən də övladları Qarabağda həlak olan hərbçilərin valideynləri, Paşinyanın “Yerablur”-a gəldiyi anda etirazlarını və itaətsizliklərini ifadə edərək mahnı oxumağa başladılar. 

Jurnalistlərə bu cür səhnələri videoya çəkmək isə qadağan edildi.” – deyə jurnalist qeyd edib.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!