Ermənilər sülhməramlıların Qarabağı tərk etməsindən məyus olub 

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər sülhməramlıların Qarabağı tərk etməsindən məyus olub 

Siyasət

18 Aprel 2024 10:04 438


Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanması Ermənistanda məyusluqla qarşılanıb. 

Modern.az xəbər verir ki, erməni siyasətçilər və ekspertlər Rusiya hərbçilərinin Azərbaycandan getməsinin Ermənistana təhlükə doğurduğunu qeyd edirlər. 

Türkoloq Varujan Qeqamyan bildirib ki, rusların Qarabağı tərk etməsi ermənilər üçün iki əsas şey deməkdir: pizza

- Erməniləri Qarabağı yenidən ələ keçirmək üçün sıfırdan deyil, mənfidən başlamalıdırlar;

- Zəngəzurla Azərbaycan ordusu arasında mümkün olan sonuncu maneə aradan qaldırılıb.

Varujan Qeqamyanın sözlərinə görə, Rusiya hərbçilərinin getməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Xatırladaq ki, sülhməramlı kontingent 44 günlük müharibəni dayandıran Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!