Ermənilər Xocavənddə mühasirəyə düşdü: Mərkəzi qərargahla əlaqə tamamilə kəsilib
22 Okt 2020 13:39
20070

Ermənilər Xocavənddə mühasirəyə düşdü: Mərkəzi qərargahla əlaqə tamamilə kəsilib

Qarabağda hərbi əməliyyatları davam etdirən Azərbaycan Ordusu bütün istiqamətlərdə erməniləri dalana sıxışdırıb. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Qubadlı istiqamətində tam geri çəkilib. Məlumatlara görə, erməni hərbçiləri bir neçə mühüm yüksəklik və möqeləri itirərək, Azərbaycan əsgərinin qarşıdından qaçmağa başlayıb. Düşmənin xeyli sayda itki verdiyi bildirilir.

Başqa bir məlumatda isə qeyd edilir ki, Xocavənd rayonunda da erməni hərbi birləşmələri Azərbaycan Ordusunun zərbələri nəticəsində geri çəkilməyə məcbur olublar. Bildirilir ki, hazırda həmin istiqamətdə vəziyyət ermənilər üçün olduqca vahiməlidir. Qeyd edilir ki, erməni silahlı qüvvələri faktiki olaraq mühasirəyə alınıb. Onların mərkəzi qərargahla əlaqəsi tamamilə kəsilib.

Bu gün səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq, düşmənin Xocavənddə ciddi itkilər verdiyini, yolların bağlı olması səbəbindən dəstək ala bilmədiyini vurğulsmışdı.

Ermənistan Müdafiə Nazirliyi də bəyan edib ki, Xocavənd şəhəri bu gün səhər saatlarından etibarən Azərbaycan Ordusunun müşahidəsi altına düşüb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər