“Ermənilərdən bizim də başımız az çəkməyib” - “Arka Sokaklar”ın “Rza Baba“sı

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilərdən bizim də başımız az çəkməyib” - “Arka Sokaklar”ın “Rza Baba“sı

Şou

16 Noyabr 2020 20:21 3809


“Azərbaycanda yaşayan qardaş və bacılarımı sizin vasitənizlə təbrik edirəm. Zəfəriniz, qələbəniz mübarək! Bizim ölkə olaraq Azərbaycanla böyük bir bağlılığımız var. Sizin qədər sevindiyimizi desəm yalan olmaz. Siz başqasının yox, öz torpaqlarınızı istəyirdiniz. İstədiniz və aldınız. Buna ancaq sevinə bilərik” 

Yenisabah.az xəbər verir ki, bu sözləri məşhur türkiyəli aktyor Zafer Ergin bildirib. O  həmçinin mənfur düşməndən ölkəsinin də başının az bəla çəkmədiyini bildirib.

“Vaxtilə ermənilərdən bizim başımız da az bəla çəkməyib. Bunu mən yox, tarix deyir. Tarix boyu onlar türkün düşməni olub. Biz bunları bilirik və gələcək nəsillərə də çatdırmalıyıq”-deyə məşhur aktyor bildirib. Dördpendirli pizza

Qeyd edək ki, Zafer Ergini azərbaycanlı tamaşaçılar “Arka Sokaklar” serialındakı Rıza baba obrazı ilə tanıyıb seviblər. Serial 15 ildir ki, davam edir və hələ də reytinqləri qoruyub saxlayır.  /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!