Ermənilərin Xankəndi təlaşı – “Azərbaycan yaşıl işıq gözləyir”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Xankəndi təlaşı – “Azərbaycan yaşıl işıq gözləyir”

Siyasət

04 Aprel 2019 17:55 2277


“Azərbaycan Dağlıq Qarabağı bütövlükdə qaytarmaq istəyir, Ermənistan isə “Madrid prinsipləri”ni həyata keçirməyə hazırlaşmır. Bunun fonunda Azərbaycan fəal silahlanır. Proqnozlara görə, müharibə Qarabağ və Naxçıvan cəbhəsində eyni vaxtda başlanacaq. Azərbaycan Ordusu Ağdam üzərindən dəhliz açacaq və Xankəndini mühasirəyə alacaq”. Bu haqda Ermənistanın “Verelq” informasiya-analitik portalında qeyd olunmuşdu. Eyni zamanda ötən gün erməni deputat Naira Zöhrabyan "Əliyev-Paşinyan görüşündən sonra qeyri-müəyyən situasiya yaranıb və ona görə də Ermənistan parlamentində məsələnin müzakirəsinə ehtiyac var"- deyə vurğulayıb.  

Bütün bunların fonunda, Ermənistanın Vyana görüşündən sonra təlaşa düşdüyünü desək, yanılmarıq. Bəs erməni rəhbərliyinin bəyanatlarında həqiqət payı nə qədərdir? 

Mövzu ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Sabah”a açıqlamasında deyib ki, erməniləri birinci növbədə qorxuya salan öz mövqeləridir:  pizza

“Bilirik ki, Ermənistan hakimiyyəti heç vaxt sərbəst olmayıb. Düşünürəm ki, onlar yenə də kiminsə sifarişini yerinə yetirir. Müdafiə naziri Tonoyan Vyana görüşündən iki saat keçməmiş sərsəm bəyanatlar verdi. Bundan sonra Paşinyan da məsələni zarafata saldı. Yəni görünür, onlar təzyiq altında bu sözləri deyirlər.  Düşünmürəm, Ermənistan rəhbərliyindəki şəxslər o qədər ağılsızdır ki, onlar Azərbaycanın bu günki silahlı qüvvələrinin imkanlarına, ümumiyyətlə beynəlxalq arenada nüfuzumuza bələd olmasınlar. Ağıllı adam başa düşür ki, belə bir dövlətlə düşmən olmaq olmaz. Ancaq dost olaraq müəyyən imkanlardan istifadə etmək lazımdır.  Ermənistanda istər millət vəkili olsun, istər keçmiş həbiçilər, vəzifəli şəxslər olsun, artıq öz fikirlərini söyləyirlər, müəyyən istiqamətlərə - məsələn, Xankəndi – diqqət çəkirlər. Çıxışlar hələ bundan sonra da davam edəcək. Bu, təbii prosesdir. Müəyyən vəziyyətə hər iki tərəfdən reaksiyalar olmalıdır”.Ş.Ramaldanov qeyd edib ki,  Ermənistan prinsip cəhətdən öz cəmiyyətini faciəyə gətirib çıxarır:

“Bunun nəticəsi olaraq Azərbaycan prezidenti YAP-ın son qurultayında  bildirmişdi ki, əgər biz müharibə yolu ilə torpaqlarımızı azad etməyə başlasaq, hardan başlayacığımızı bilirik. Bu, işğal olunmuş ərazilərimizdir. Amma harda qurtaracağını bilmirik, yəni onda Azərbaycanın tarixi torpaqları haqqında düşünməyə ixtiyarı var. Düşünürəm ki, bu, düşmənə çox ciddi ismarıcdır. Ermənistan cəmiyyəti bundan narahatdır , çünki Azərbaycana çata bilməz. Həm nüfuzu 3-4 dəfə azdır, həm də iqtisadi potensialı zəifdir. Əgər Azərbaycan Ermənistanla təkbətək döyüş arenasında olsa, əlbəttə, məğlub tərəf düşmən olacaq. Bunu Ermənistan da dərk edir. Lakin danışıqlardan sonra hansı dövlətlərlə görüşdüyünü, hara üz tutduqlarını görürük.  Bu da təsir altında olduqlarını göstərir.  Azərbaycan silahlı qüvvələrin imkanları ilə ərazi bütövlüyünü bərpa edə biləcəyini bilir. Sadəcə geosiyasi  məsələlər var, artıq çox ehtiyatlı olmalıyıq ki, bu vəziyyətdən böyük dövlətlər öz xeyrinə istifadə etməsinlər. Bu baxımdan hansısa addımdan sonra ölkəmizin ziyan çəkməməsi üçün ciddi götür-qoy etmək lazımdır.  Biz ermənilərin hiyləgərliyini bələdik. Azərbaycan yaşıl işıq gözləyir ki, atdığı addımlar müsbət nəticələnsin. Hazırda ermənilərin narahatlığı normaldır. Bunun üçün kifayət qədər səbəblər mövcuddur. Azərbaycanın Dağlıq Qarabağla bağlı dəyişməz mövqeyi  var. Digər tərəfdən  Azərbaycanın güclənən, müasir silahlarla təmin olunan ordumuz bəllidir.  Ona görə də ermənilər həm Xankəndi istiqamətini, həm də Naxçıvan faktorunu nəzərdən keçirirlər”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!