“Ermənistan Gəncədə törətdiyi vəhşiliyə görə öz cəzasını aldı və bundan sonra da alacaq” - Deputat
17 Okt 2020 21:15
1108

“Ermənistan Gəncədə törətdiyi vəhşiliyə görə öz cəzasını aldı və bundan sonra da alacaq” - Deputat

Məlum olduğu kimi, düşmən gecə saatlarında Gəncəni yenidən raket zərbəsinə məruz qoyub. Nəticədə, xeyli sayda mülki insan həlak olub və yaralanıb, şəhər infrastrukturuna böyük ziyan dəyib. 

Maraqlıdır, düşmənin mülki insanlaır hədəf seçməsi ilə cəbhədəki məğlubiyyətləri arasında bir əlaqə varmı? Ermənistanın bu kimi qeyri-insani addımlarla xalqımızın mübarizə əzmini qırmaq istəyi, rəsmi İrəvanın gerçəklik hissini tamamilə itirdiyinin təsdiqi sayıla bilərmi?

Yenisabah.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə, Ermənistanın hərbi müstəvidə böyük itkilərə və məğlubiyyətlərə məruz qaldığını, bu səbəbdən də dinc insanları hədəf seçməklə xalq arasında təşviş yaratmağa çalışdığını vurğuladı:

“İkinci Gəncə faciəsi göstərdi ki, Ermənistanın siyasi rəhbərliyi hərbi cinayətlərlə məşğuldur. Onlar üçün beynəlxalq hüquq, insanlıq deyilən anlayış yoxdur. Cəbhədəki uğursuzluqlar, işğal edilən torpaqların Azərbaycan ordusu tərəfindən azad edilməsi, onları dinc əhaliyə qarşı dəhşətli hərəkətlər etməyə sövq edir. Bunların əksəriyyətinin qarşısı alınır. Ermənistana layiqli cavab verilir.

Buna baxmayaraq, Ermənistan vaxtaşırı olaraq bizim dinc yaşayış məskənlərimizi hədəf almağa çalışır. Ermənistan bu vəhşiliyi ilə tarixə “Gəncə faciəsi” adlandırıla biləcək bir səhifə yazdı. Məqsədləri cəmiyyəti qorxutmaq, vətəndaşlaırmızda həyəcan və  təlaş yaratmaq idi. Amma düşmən unudur ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan xalqını bu kimi addımlarla qorxutmaq, onun mübarizə əzmini qırmaq mümkün deyil.

Ordumuz dünən və bu gün düşmənə ağır zərbə vurdu. Ermənistan Gəncədə törətdiyi vəhşiliyə görə öz cəzasını aldı və bundan sonra da alacaq. Füzuli şəhərinin alınması Azərbaycan xalqı üçün Şuşanın, Xankəndinin, Kəlbəcərin azad olunması kimi böyük, son dərəcə sevindirici xəbərlərdən biridir. Biz digər şəhərlərimizin azadlığı ilə bağlı gözlədiyimiz şad xəbərləri də hökmən alacağıq”.   /Moderator.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər