Ermənistan ordusunda rəzalət: Döyüşdən qaçan əsgərlər silah oğurlayır
30 Okt 2020 15:38
691

Ermənistan ordusunda rəzalət: Döyüşdən qaçan əsgərlər silah oğurlayır

Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşları ölkənin Sisian rayonu ərazisində hərbçinin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobildə silah-sursat aşkar ediblər.

Yenisabah.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Hərbçi maşının ona məxsus olduğunu etraf etsə də, silah-sursatın "avtomobilinə atıldığını" bildirib.

Hazırda araşdırma aparılır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, son zamanlar Qarabağdan Ermənistana qanunsuz olaraq silah-sursatın daşınması halları çoxalıb. Son günlər cinayət üzrə 3 şübhəli saxlanılıb. (Report)

Mütəxəssislər qeyd edib ki, bu kimi faktlar Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan qismindəki erməni silahlılarının döyüşdən qaçdığını təsdiqləyir. Onlar qaçarkən özləri ilə birlikdə silah-sursat da aparırlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər