Ermənistan parlamentində “müharibə” davası: “Sentyabrda nə olacaq?”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamentində “müharibə” davası: “Sentyabrda nə olacaq?”

Siyasət

02 Avqust 2026 13:12 258


Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” Partiyası ilə müxalifət arasında seçkiqabağı səsləndirilən müharibə xəbərdarlıqları ətrafında gərgin mübahisə yaşanıb.

Modern.az xəbər verir ki, parlamentin iclasında müxalif deputat Anna Qriqoryan hakim partiyanın seçki kampaniyası zamanı konstitusion çoxluq əldə olunmayacağı təqdirdə sentyabrda dağıdıcı müharibənin baş verəcəyi barədə səsləndirdiyi bəyanatları xatırladıb.

Deputat bildirib ki, hakimiyyət seçiciləri müharibə qorxusu ilə təsir altına salmağa çalışıb. O, vitse-spiker Ruben Rubinyandan hazırda sentyabr ayında müharibə təhlükəsinin olub-olmadığını açıqlamağı tələb edib. pizza mizza

Ruben Rubinyan isə bu ittihamları rədd edib. Onun sözlərinə görə, hakimiyyət heç vaxt müxalifətin qələbəsinin avtomatik olaraq müharibəyə səbəb olacağını deməyib.

Vitse-spiker bildirib ki, söhbət müxalifətin hakimiyyətə gələrək sülh prosesi ilə bağlı verdiyi vədləri həyata keçirməsi halında yarana biləcək risklərdən gedirdi.

Rubinyan parlamentdə çıxışı zamanı “Sentyabrda müharibə gözlənilmir” deyərək, hakim partiyanın aldığı mandatın sülh prosesini davam etdirmək üçün kifayət etdiyini vurğulayıb. O əlavə edib ki, konstitusion çoxluğun əldə olunmaması prosesi müəyyən qədər çətinləşdirə bilər, lakin sülh gündəliyinin həyata keçirilməsinə mane olmayacaq.

Qriqoryan isə cavabdan narazı qalıb və hakimiyyəti seçkiqabağı dövrdə cəmiyyəti müharibə qorxusu ilə manipulyasiya etməkdə ittiham edib. Rubinyan isə deputatın ittihamlarını qəbul etməyərək bildirib ki, hakimiyyətin mövqeyi yalnız müxalifətin bəyan etdiyi siyasətin mümkün nəticələri ilə bağlı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!