Ermənistan PKK terrorçularını təslim etməklə Türkiyəyə jest etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan PKK terrorçularını təslim etməklə Türkiyəyə jest etdi

Dünya

26 Sentyabr 2022 09:05 2651


Ermənistan ona sığınan iki kürd terrorçunu ekstradisiya edərək Türkiyəyə ciddi jest edib. Bu barədə Ermənistan parlamentinin deputatı Qeqam Manukyan Yerevanı xəyanətdə ittiham edərək bildirib. Onun sözlərinə görə, bu kürdlər Qarabağda 44 günlük müharibənin fəal iştirakçıları olub.

Kürd mənbələri sentyabrın 25-də “Leheng” və “Alisher” ləgəbli   iki silahlının Türkiyə kəşfiyyatı MİT-ə təhvil verildiyini təsdiqləyib

Bu barədə Sözçü.com.tr saytı da məlumat verib. O, Ermənistan məhkəməsinin hökmünə  istinad edib. Sezar pizza

“Qardaşlar, bizi bağışlayın ki, ermənilər övladlarınızı türklərin əlinə verdilər, orada öləcəklər”, - Manukyan Facebook səhifəsində yazıb.

Söhbət Atilla Çiçək və Hüseyn Yıldırımın ekstradisiyasından gedir. Kürd Fəhlə Partiyası (PKK) bu şəxslərin Türkiyənin şərqində döyüşdüyünü və 2021-ci ilin avqustunda Türkiyə-Ermənistan sərhədində ermənilərə təslim olduqlarını bəyan edib.

RKK hesab edir ki, Paşinyan bu addımı oktyabrın 6-da Ərdoğanla Praqada gözlənilən görüş ərəfəsində atıb. Kürdlər Ermənistanı beynəlxalq və milli qanunları pozmaqda ittiham ediblər.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyi kürdlərin Türkiyəyə ekstradisiyasında iştirakını inkar edib. Eyni zamanda, MTX bunun "cinayət işi çərçivəsində" edildiyini bildirdi.

Qeyd edək ki, bu, Ermənistan tərəfindən kürdlərin Türkiyəyə ekstradisiyası ilə bağlı ilk hadisədir. Kürdlər indiyədək türklərə qarşı mübarizədə ermənilərin müttəfiqi olublar. İki Qarabağ müharibəsində də kürd döyüşçüləri ermənilərin tərəfində iştirak edib.

Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!