Ermənistan prezidenti Bakıda olub? - Prezident Administrasiyası açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan prezidenti Bakıda olub? - Prezident Administrasiyası açıqlama yaydı

Siyasət

09 Mart 2021 15:46 2545


Ermənistan Prezidenti Administrasiyası guya onun Bakıya səfər etməsi barədə şayiələri təkzib edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb.

Qeyd olunur ki, bir müddət əvvəl "İravunk" qəzeti Makedoniyanın Ermənistandakı keçmiş fəxri konsulu Araik Sarkisyanın sözlərini sitat gətirmişdi. Diplomat Ermənistan prezidentindən "noyabrın 17-də Bakıda nə edirdi" deyə soruşmağı təklif etmişdi. Marqarita pizza

"Bəzi KİV-də Armen Sarkisyanın noyabrın 17-də guya Bakıda olduğu barədə xəbərlər yer alır. Bu, açıq-aydın yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də başqa bir gündə Bakıda olmayıb",- deyə Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

17 noyabr 2020-ci il tarixinə gəlincə, qeyd olunur ki, A.Sarkisyan həmin gün işçi gündəliyinə əsasən, Yerevanda Kanadanın Ermənistanda yeni təyin olunmuş səfiri Elison Meri Lekleri qəbul edib. O, etimadnaməsini ona təqdim edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!