“Yayın əvvəlində üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədi açılması barədə razılaşma var”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
O bildirib: “Ermənistan tərəfi Marqara keçid məntəqəsinin qurulması və yenidən təchiz edilməsi üzrə işlər aparır ki, bu da infrastrukturun yaradılmasını nəzərdə tutur. Yəni, hazırda işlər görülür ki, yayın əvvəlinə qədər biz tədbirləri yerinə yetirməyə hazır olaq”. Dominos pizza
Rubinyanın sözlərinə görə, Türkiyə tərəfi də buna hazırlaşır. O əlavə edib ki, hazırda xüsusi nümayəndələrin görüşü planlaşdırılmır.
Ani körpüsünün birgə bərpa işlərindən danışan Rubinyan qeyd edib ki, bununla bağlı hələlik praktiki hərəkət yoxdur.
Xatırladaq ki, Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara quru keçid məntəqəsi son 30 ildə ilk dəfə fevral ayında Ermənistanın zəlzələdən zərər çəkmiş Türkiyəyə humanitar yardım və xilasedicilər göndərdiyi zaman işə düşüb.
Bundan əvvəl, 2022-ci il iyulun 1-də Vyanada keçirilən görüşdə iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç üçüncü ölkə vətəndaşları üçün sərhədlərin tez bir zamanda açılması barədə razılığa gəliblər. 2022-ci ilin fevral ayından ölkələr arasında birbaşa uçuşlar, bu ildən isə hava yüklərinin daşınması bərpa edilib.
Telegram kanalımız