Ukraynada öldürülən erməni əsilli gəncin valideynləri oğlanlarının zorla cəbhəyə aparıldığını iddia edirlər.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, Sibir həbsxanalarından birində cəza çəkən Ermənistan vətəndaşı, Gümrüdən olan 27 yaşlı Gevorq Marqaryanın Donetskə necə getdiyi və orada öldüyü yaxınları üçün müəmmalıdır.
Erməni nəşri yazır ki, Rusiya Federasiyası gəncin meyitini ölümündən 3 ay sonra Ermənistana təhvil verib. Qəzetin məlumatına görə, oğlunun torpağa tapşırılmasından bir həftəyə yaxın vaxt keçsə də, qeyri-müəyyənlik valideynlərə rahatlıq vermir. Sezar pizza
Gevorqun anası Karine Simonyanın sözlərinə görə, oğlu 2016-cı ildə ordudan tərxis olunduqdan sonra xaricə işləməyə gedib:
“Bundan sonra o, orada hansısa insidentə qarışıb və 7 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın bitməsinə cəmi bir neçə ay qalmışdı”.
KİV-in məlumatına görə, Gevorq sonuncu dəfə ailəsi ilə danışarkən onu 6 aydır ki, hərbi təlimlərə apardıqlarını, bundan sonra onunla əlaqə saxlamaq mümkün olmadığını deyib: “Lakin cəmi bir neçə gün əvvəl onlara zəng gəlib. Rəsmi şəxs oğlunun ölümü barədə məlumat verib və meyiti ataya təhvil veriblər. Yaxınları üçün Rusiya Federasiyasının vətəndaşı olmayan, Ermənistan vətəndaşlığı olan oğlunun Rusiya ordusuna getməsi və cəbhədə həlak olması suallar doğurub”.
Gümrüdəki “Dialoq Media” mərkəzində keçirilən müzakirə zamanı QHT sədri Valentina Çupik məsələ ilə bağlı bildirib ki, əvvəllər məhkumları zorla cəbhəyə aparırdılarsa, indi seçim yoxdur:
“Maşın gəlir, maşına mindirib aparırlar. Rusiya vətəndaşlığı olmayan Ermənistan vətəndaşlarından da xəbərlər aldıq. Onların çoxunu cəbhəyə aparmağa cəhd ediblər. Miqrantlar çox həssasdırlar, coğrafiyanı bilmirlər və bundan istifadə edərək onları da döyüş bölgələrinə aparırlar. Bir qrup erməni miqranta da zəng vurub deyiblər ki, onlara Luqanska işləmək üçün getməyi təklif ediblər. Onlara dedim ki, heç bir halda bununla razılaşmayın. Onları yüksək maaşlar və ya Rusiya vətəndaşlığı verməklə şirnikləndirirlər”.
Telegram kanalımız