Ermənistan Zəngəzur dəhlizinə razılıq verdi - Erməni qəzeti

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Zəngəzur dəhlizinə razılıq verdi - Erməni qəzeti

Siyasət

16 Fevral 2025 15:56 2312


Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşıb.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

İddialara görə, Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr “maneəsiz keçid” anlayışını gündəmə gətiriblər və insanları tədricən buna hazırlayırlar.

Qəzetdə qeyd edilir ki, maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq.

Bu, Ermənistanın bəzi rəsmi şəxsləri tərəfindən də dəstəklənir. Misal üçün, Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, Bakıya maneəsiz yol verilməsinə hazırdırlar.

“Status məsələsinə gəlincə, hansı yol olur olsun, Azərbaycan bunu “dəhliz” adlandıracaq”, – deyə nəşrdə qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!