Ermənistanda fermerlər İrəvan-Yerasx yolunu bağladılar

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda fermerlər İrəvan-Yerasx yolunu bağladılar

Dünya

20 İyul 2026 23:49 153


Ermənistanda fermerlər pomidor satışı probleminə görə İrəvan-Yerasx yolunu bağlayıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli "News.am" agentliyi məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları məhsul satışı ilə bağlı problemin həllini tələb edirlər. Etirazçılar avtomobilləri yolun hərəkət hissəsində saxlayıblar və polis əməkdaşlarının tələblərinə baxmayaraq, yolu boşaltmaq tələbinə məhəl qoymayıblar. Sezar pizza

Aksiya iştirakçılarından birinin sözlərinə görə, hakimiyyət hər il məhsul satışı problemini həll edəcəyinə söz verir, lakin vəziyyət pisləşir. Fermerlər qeyd edirlər ki, onların məhsulları daxili bazar üçün nəzərdə tutulsa da, ixracla bağlı çətinliklər ölkə daxilindəki satışa da mənfi təsir göstərir.

Fermerlər ya kreditlərə möhlət verilməsini, ya da məhsulun alışı probleminin həll edilməsini tələb edirlər. Əks halda, onlar daha sərt etiraz aksiyalarına keçəcəkləri ilə hədələyiblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!