Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənistanda iğtişaş gözlənilir: ABŞ səfirliyindən xəbərdarlıq
17 İyn 2021 14:50
748

Ermənistanda iğtişaş gözlənilir: ABŞ səfirliyindən xəbərdarlıq

ABŞ-ın Ermənistandakı səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmağa, ayıq-sayıqlı nümayiş etdirməyə çağırıb. Səfirliyin xəbərdarlığında deyilir ki, Ermənistandakı ABŞ vətəndaşları qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmalı, insanların toplaşdığı yerlərdən uzaq durmalı və yaxınları ilə əlaqəni kəsməməlidir. Bu xəbərdarlıq iyunun 20-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır və səfirlik seçkisonrası iğtişaşları istisna etmir.

Bundan əvvəl Ermənistanda seçkisonrakı toqquşmalar barədə keçmiş prezidentlər Robert Köçəryan və Levon Ter-Petrosyan da xəbərdarlıq ediblər. Seçki kampaniyası zamanı baş nazir Nikol Paşinyan və onun əsas rəqibləri arasında çox sərt ritorika hökm sürməkdədir , tərəflər bir-birlərinə divan tutmaqla hədələyirlər. (Virtualaz.org)

Paşinyan bir neçə gün əvvəl tərəfdarlarından birinin ona verdiyi çəkiclə dolaşaraq seçkilərdə qalib gələndən sonra müxaliflərin başını “çəkiclə əzməklə” hədələyir. Bundan əvvəl isə o, rəqiblərini “asfaltda sürüməklə” qorxutmağa çalışırdı.

“Ermənistan” blokunun baş nazirliyə namizədi və Paşinyanın əsas namizədi Robert Köçəryan isə əlinə çəkic almağa ehtiyac görmür, deyir ki, onun yumruğu “kifayət qədər bərkdir” və çəkici ancaq seçkilərdə qalib gələndən sonra inşaatda istifadə edəcəklər.

Digər keçmiş prezident, özü seçkilərə qatılmasa da keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın başçılıq etdiyi bloka (həmin blokda Vanetsyanın və Sərkisyanın partiyaları təmsil olunur) fəal təbliğat dəstəyi verən Serj Sərkisyan isə Paşinyanın çəkicinə qarşı dəyənəkləri işə salacaqlarını deyir.

Seçki kampaniyası sabah sona çatır və bu gün Yerevanın mərkəzində Paşinyan tərəfdarlarının böyük mitinqinin olacağı gözlənilir. Xəbərlərə görə, izdihama nail olmaq üçün Paşinyan inzibati resursları işə salıb. Sabah isə Yerevanın mərkəzində Köçəryan öz seçki kampaniyasına yekun vuracaq.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər