Ermənistanda Koçaryana qarşı cinayət işinin açılmasına icazə verildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Koçaryana qarşı cinayət işinin açılmasına icazə verildi

Dünya

17 İyun 2026 18:39 294


Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) müxalif "Ermənistan" blokunun lideri, ölkənin sabiq prezidenti (1998-2008) Robert Koçaryan barəsində cinayət işinin başlanmasına icazə verilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan MSK binası qarşısında yerli televiziya kanallarının yayımladığı brifinqdə bildirib.

"Komissiya cinayət işinin başlanmasına icazə verib. İndi bütün ittihamlara çirkli pulların yuyulması maddəsi də əlavə olunub", - deyə o bildirib./Oxu.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!