“Son zamanlar müxtəlif sferalarda Rusiyanın Ermənistana qarşı təzyiqləri artırdığını müşahidə edirik. Kreml İrəvana siyasi, iqtisadi və digər müstəvilərdə sanksiyalar tətbiq etməkdədir. Moskva bu kimi addımlarla Baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reputasiyasını zəiflətməyə çalışır”.
Bu sözləri “Yeni Sabah”a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində şöbə müdiri Mətin Məmmədli deyib.
O qeyd edib, Paşinyanın yenidən qalib gəlməsi Kreml təzyiqlərinin artmasına gətirib çıxara bilər: Sezar pizza
“İrəvanın Moskvadan ciddi asılılığı var. Ermənistan üçün həyat əhəmiyyətli bir çox sahələr birbaşa Rusiya ilə əlaqəlidir. Rusiya hakimiyyət nümayəndələrinin, o cümlədən Prezident Vladimir Putinin açıqlamalarından aydın görünürdü ki, Ermənistandakı parlament seçkiləri ərəfəsində Moskvanın İrəvana təzyiqləri xeyli artacaq”.
Politoloq vurğulayıb ki, hazırda Paşinyanın reytinqi rəqibləri ilə müqayisədə xeyli irəlidədir:
“Ermənistandakı siyasi proseslərin vətəndaş müharibəsi həddinə gəlib çıxacağını gözləmirəm. Amma istənilən halda seçkilərdən sonra etiraz aksiyaları, müəyyən qarşıdurma hallarının olacağı istisna deyil. Sözsüz ki, Rusiya da müəyyən mənada bu proseslərə rəvac verəcək.
Rəy sorğularının nəticələrinə əsasən, görünən odur ki, indiki hakimiyyətin və Paşinyanın reytinqi rəqibləri ilə müqayisədə xeyli irəlidədir. Paşinyana müxalif olan revanşist qüvvələrin erməni cəmiyyətində ciddi nüfuzu yoxdur. Onların məqsəd və amalları erməni xalqının maraqlarına uyğun deyil. Müxalifət Azərbaycan və Türkiyə ilə münasibətlərin korlanması, sülh prosesinin dayanması kimi məqsədlər irəli sürür. Bunlar Ermənistana lazımdırmı? Təbii ki, yox. Bu səbəbdən, Nikol Paşinyan rəqibləri ilə müqayisədə seçicilərə daha aydın proqram təklif edir”.
Nazim Hacıyev
Telegram kanalımız