Ermənistandan koronavirusdan ölənlərin sayı 817 nəfərə çatdı
15 Avq 2020 13:00
362

Ermənistandan koronavirusdan ölənlərin sayı 817 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların və infeksiyadan ölənlərin sayı artmaqda davam edir.

Yenisabah.az xəbər verir ki, son sutka ərzində daha 196 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 41 495 nəfərə çatıb.

Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, son sutka ərzində həm də 3 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 817 nəfər olub.

İndiyədək 34 min 484 xəstə sağalıb. Hazırda Ermənistanda 5 952 aktiv koronavirus xəstəsi var.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər