Ermənistanın keçmiş baş prokuroru saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın keçmiş baş prokuroru saxlanıldı

Rəsmi

07 Sentyabr 2021 13:12 1115


Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyan saxlanılıb.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, Ovsepyan cinayət işi çərçivəsində saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, 18 mart 2004-cü ildən 13 sentyabr 2013-cü Ermənistanın Baş prokuroru, 18 iyul 2014 -cü ildən 11 iyun 2018-ci ilədək İstintaq Komitəsinin Baş prokuroru vəzifəsində işləyərkən o, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, bir sıra şirkətləri idarə edib. pizza sifarişi

Xüsusilə, böyük miqyasda - 190 milyon dram rüşvət alıb və fırıldaqçılıq yolu ilə xüsusilə böyük miqdarda əmlak oğurluğu edib.

Aqvan Ovsepyan cinayət yolu ilə əldə edilmiş xüsusilə böyük miqdarda əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ilə də ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!