Ermənistanın keçmiş müdafiə naziri həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın keçmiş müdafiə naziri həbs olundu

Hadisə

30 Sentyabr 2021 20:52 966


Ermənistan məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanın həbsinə dair qərar verib.

Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb.

Məhkəmə keçmiş nazirin iki aylıq həbsinə qərar verib. pizza sifarişi

Tonoyanın vəkili Sergey Ovannisyan qeyd edib ki, D.Tonoyan özünü təqsirli bilmir. O, müvafiq izahatlarla məhkəmə zalında çıxış edib.

Ovannisyan qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

S.Ovannisyan əlavə edib ki, məhkəmənin qərarı ilə hələ tam tanış deyil, ancaq həbsə dair vəsatət əsasında müstəntiq iki bənd təqdim edib. Bunlardan birincisi istintaqa mane olmaq ehtimalı, ikincisi isə Tonoyanın gizlənə bilməsi ehtimalıdır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!