Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatı, keçmiş səhiyyə naziri Arsen Torosyana çağırış göndərmək niyyətindədir. Lakin hələlik hüquq-mühafizə sistemi hesab edir ki, ona qarşı ittiham irəli sürmək vaxtı hələ çatmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Erməni nəşri öz mənbələrinə istinadla qeyd edir. “Bu günlərdə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Q. Lusavoriç adına Tibb Mərkəzinin əməkdaşlarını fəal şəkildə dindirməyə çağırır. Bu ilin iyununda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi pandemiya dövründə 2020-ci ildə dövlət vəsaitlərinin səmərəli xərclənib-səmərəli xərclənmədiyini öyrənmək üçün cinayət işi açıb. Toyuqlu pizza
Faktla bağlı bir neçə maddələrlə cinayət işi başlanıb: mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı. Hələlik heç bir şübhəli və təqsirləndirilən şəxs yoxdur.
Cinayət işinin başlanmasına səbəb Hesablama Palatasının dərc etdiyi rəy olub. Bütün bunları dərk edən Torosyan elə pandemiya dövründə hakim partiyadan olan digər deputat Eriknaz Tiqranyanın vasitəçiliyi ilə Səhiyyə Nazirliyinə rəhbərlik edib, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryanla dostluq edir.
Media yazıb ki, Torosyan koronovirusla mübarizə çərçivəsində həyata keçirilən mənimsəmənin tam açıqlanmamasını təmin etməyə çalışır”.
Telegram kanalımız