Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Erməniyə qalib gələn güləşçimiz Avropa çempionatında finala çıxdı
15 İyn 2021 19:19
458

Erməniyə qalib gələn güləşçimiz Avropa çempionatında finala çıxdı

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Yusif İsparov erməni rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi Yusifə 3-cü yeri tutmaq şansı verib.

Cavid Cavadov ilk mərhələdə moldovalı rəqibindən güclü olub. Cavadov 1/4 finalda Ukrayna idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Ermənistan güləşçisi üzərində böyükhesablı qələbəyə sevinən Gəncə güləş məktəbinin yetirməsi adını finala yazdırıb.

Abdulrəhman İbrahimov debütdə ukraynalı güləşçi üzərində inamlı qələbəyə sevinib.

Həmyerlimiz daha sonra türkiyəli pəhləvanı üstələyib. İbrahimov Polşa təmsilçisinə də aman verməyərək yarımfinala yüksəlib. Gürcüstan idmançısını “tuşe” ilə yolundan kənarlaşdıran Abdulrəhman finala vəsiqə qazanıb.

Sadiq Mustafazadə 1/8 finalda Moldova idmançısıyla gərgin keçən mübarizədə xalların keyfiyyətinə görə xalçadan məyus ayrılıb.

Vüqar Həsənov startda rumıniyalı həmkarıyla bacarmayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər