2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 faiz çoxdur.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə neft-qaz sektoruna yatırılan investisiyaların həcmi real ifadədə 30,8 faiz artaraq 4 milyard 875,2 milyon manata çatıb. Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 3,1 faiz artaraq 9 milyard 813,4 milyon manat təşkil edib.
Əsas kapitala yönəldilən investisiyaların 8 milyard 52,1 milyon manatı məhsul istehsalı sahələrinin payına düşüb. Bu sahədə investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,3 faiz artıb. pizza hut
Xidmət sahələrinə yatırılan investisiyalar 4 milyard 568,6 milyon manat olub. Bu göstərici real ifadədə 4,7 faiz artım deməkdir.
Yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmində isə azalma qeydə alınıb. Belə ki, bu məqsədlə 2 milyard 67,9 milyon manat vəsait ayrılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz azdır.
Aytac Əliyeva
Telegram kanalımız