Estoniya Rusiya ilə gömrük razılaşmasını pozur

saytların hazırlanması

Evə çatdırılma

Estoniya Rusiya ilə gömrük razılaşmasını pozur

Dünya

16 Sentyabr 2022 20:55 921


Estoniya Rusiya ilə gömrük əməkdaşlığına dair ikitərəfli sazişi ləğv etmək qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, 1997-ci ildə imzalanmış bu sazişin ləğvi ilə bağlı qərarı Estoniya hökuməti qəbul edib.

Estoniya xarici işlər naziri Urmas Reinsalu bunun Estoniya ilə Rusiya arasında münasibətlərin minimuma endirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. Toyuqlu pizza

Qeyd olunur ki, müqavilə ləğv edildikdən sonra daha altı ay qüvvədə olacaq.

Qaydalara əsasən, ikitərəfli müqavilənin tərəflərindən hər hansı biri yazılı bildirişlə müqaviləni ləğv edə bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!