“Etiraf edirəm ki, bacarmadım” - Trass istefa səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Etiraf edirəm ki, bacarmadım” - Trass istefa səbəbini açıqladı

Dünya

20 Oktyabr 2022 17:28 1146


Liz Trass Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verməsinin səbəbini açıqlayıb.

Yenisabah.az-ın məlumatına görə, Trass vəzifəsini yerinə yetirə bilmədiyini söyləyib.

"Mən ölkəmdə böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəlmişəm. Britaniyada aşağı iqtisadi artım var. Partiyam tərəfindən bunu dəyişdirmək mandatı ilə seçilmişəm. Vəziyyəti nəzərə alsaq, Mühafizəkarlar partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilməyəcəyimi etiraf edirəm", - deyə o xalqa müraciətində vurğulayıb. pizza sifarişi

Qeyd edək ki, Liz Trass cəmi 6 həftə Baş nazir vəzifəsini icra edib. İstefa qərarı ilə o, indiyədək Britaniyada ən qısa müddət hakimiyyətdə olan Baş nazir kimi tarixə düşüb.

Onu da bildirək ki, gələn həftə yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq, həmin vaxta kimi Trass vəzifəsini icra edəcək./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!