“Almaniya və Fransa Ukraynaya silah tədarükü baxımından daha çox şey edə bilərdilər”.
Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, bu sözləri NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
“Etiraf etməliyəm ki, son aylarda Ukraynaya yardımlar artıb. Lakin almanlar daha çox şey edə bilərdilər. Onlar Ukraynanı “Leopard” tankları, Fransa isə daha çox “Sezar” özüyeriyən haubitsaları ilə təmin etməlidirlər. Ümid edirəm ki, hər iki ölkə öz səylərini gücləndirəcək”, – Rasmussen bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi.
Rusiyanın XİN rəhbəri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan bütün göndərişlər Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi NATO ölkələrinin Ukraynaya silah verməklə “odla oynadığını” açıqlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Qərbin Ukraynaya silah tədarükü Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi nəticə verəcək.
Telegram kanalımız