Evdə unutduğu bilet milyonlar qazandırdı   – Eyni rəqəmləri ikinci dəfə aldı

saytların hazırlanması

Evə çatdırılma

Evdə unutduğu bilet milyonlar qazandırdı – Eyni rəqəmləri ikinci dəfə aldı

Dünya

29 Sentyabr 2026 19:26 108


Ən adi diqqətsizlik onun həyatını dəyişdi. ABŞ-də yaşayan kişi evdə unutduğu lotereya biletinin müddətinin bitdiyini düşünüb eyni nömrələrlə yenisini alıb. Sonradan isə hər iki biletin qalib olduğu məlum olub.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin Massaçusets ştatında yaşayan Pol Korcoran illərdir inandığı rəqəmlərlə lotereyada iştirak edirdi. O, əvvəlcədən aldığı 7 tirajlıq biletin müddətinin başa çatdığını düşünüb. Buna görə də tirajı qaçırmamaq üçün başqa bir köşkdən eyni rəqəmlərlə yenidən bilet alıb.

Korcoran sonradan əvvəlki biletin hələ də qüvvədə olduğunu anlayıb. Beləliklə, eyni rəqəmlərlə iki bilet almışdı. Marqarita pizza

Tiraj zamanı 5, 9, 25, 28 və 69 rəqəmləri çıxıb. Məlum olub ki, Korcoranın aldığı hər iki bilet əsas rəqəmlərin hamısını düzgün tapıb. O, qırmızı Powerball topundakı rəqəmi düzgün seçə bilmədiyi üçün əsas böyük uduşu qazana bilməyib. Buna baxmayaraq, etdiyi “səhv” ona hər biri 1 milyon dollar olmaqla iki ayrı uduş qazandırıb. Beləliklə, Korcoranın evdə unutduğu bilet və eyni rəqəmlərlə ikinci dəfə aldığı bilet ona ümumilikdə 2 milyon dollar qazandırıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!