Türkiyəli aktyor Şahan Gökbakar Muğla bölgəsində davam edən meşə yanğınının evinə doğru gəldiyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, yanğınlar başladığı gündən İnstaqramda mütəmadi paylaşımlar edərək məlumatlar verən və əhaliyə yardım edən aktyor bunları qeyd edib:
"Buralar göz görə-görə yox olur. Səsim qalmayıb, nəfəs almaqda çətinlik çəkirəm. Amma buradan getməyəcəyəm. Bu ağacları xilas edə bilmədik, qarşı tərəfi söndürə bilsək, evimi yanğından qoruya biləcəm. Xilas edə bilməsək də, bir qram belə pis olmayacağam. Çox şükür mənim imkanım var, yenidən bərpa edərəm. Amma çətin vəziyyətdə olan insanlar var. Allahım, sən onlara yardım et. Havadan müdaxilə edən yoxdur. Yanğınsöndürən əməkdaşlar və sıravi vətəndaşlar yanğını söndürməyə çalışır. Havadan müdaxilə olmasa, hər şey yox olacaq". Dominos pizza
Telegram kanalımız