Fatimə Fətəliyeva 15 yaşını qeyd edən oğlu ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, rəqqasə övladı ilə birlikdə çəkdirdiyi fotoları sosial media hesabında yayımlayaraq ona duyğulu sözlər ünvanlayıb.
“Canım oğlum, əziz balam. Bu gün 15 yaşın tamam olur. İllərin necə sürətlə keçdiyini bəzən hiss etmək belə çətindir. Səni ilk dəfə qucağıma aldığım gün sanki dünən idi. Bu gün isə qarşımda öz arzuları və xəyalları olan böyümüş bir oğlan görürəm. Sezar pizza
Sən mənim üçün yalnız övladım deyil, həyatımın ən böyük dəyərlərindən birisən. Allah səni qorusun, yolunu açıq, bəxtini gözəl etsin. Qarşına çıxan bütün yollar səni xoşbəxtliyə, uğura və gözəl gələcəyə aparsın.
Həmişə mərd, vicdanlı, mərhəmətli və güclü insan ol. Həyatda nə baş verməsindən asılı olmayaraq, unutma ki, ananın duası hər zaman səninlədir. Mən səni hər yaşında və hər halında sevəcəyəm. Sənin xoşbəxtliyin mənim də ən böyük xoşbəxtliyimdir.
15 yaşın mübarək, mənim dəyərli oğlum! Allah sənə uzun ömür, can sağlığı, bol ruzi, uğur və gözəl tale nəsib etsin. Həmişə üzün gülsün, yolun işıqlı olsun. Səninlə fəxr edən anan var. Səni çox sevirəm”.
Aydan Hacı
Telegram kanalımız