Federasiya Şurası sədri nüvə müharibəsindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Federasiya Şurası sədri nüvə müharibəsindən danışdı

Dünya

07 İyul 2022 13:43 766


"Rusiya nüvə silahını yalnız çəkindirici vasitə hesab edir".

Yenisabah.az "INterfax"a istinadla xəbər verir ki, bunu Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

O qeyd edib: "Biz açıq və ciddi şəkildə istisna halları təyin etmişik ki, o, yalnız cavab olaraq istifadə edilə bilər, Tanrı heç vaxt nüvə hücumunu qismət etməsin. Marqarita pizza

Biz sivil ölkə kimi davranırıq və bunu açıq şəkildə edirik, bunu açıq elan edirik və öhdəliklərimizə ciddi əməl edirik və belə bir şeyin baş verməməsi üçün hər şeyi edirik".

Federasiya Şurasının sədri nüvə müharibəsi ehtimalından danışmağı da qəbuledilməz hesab edir:

"Nüvə müharibəsinin mümkünlüyündən danışmaq ümumiyyətlə qəbuledilməzdir. Hər bir ağlı başında olan insan, xüsusən də, siyasətçi və dövlət xadimi başa düşür ki, nüvə müharibəsi baş versə, Allah eləməsin, ümumiyyətlə, bu, bəşər sivilizasiyasının, planetimizin sonu deməkdir”.

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin vurğulamışdı ki, Rusiya Federasiyasından nüvə zərbəsi ancaq cavab olaraq mümkündür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!