Feministlər Bakıda aksiya keçirdi – Video

saytların hazırlanması

Evə çatdırılma

Feministlər Bakıda aksiya keçirdi – Video

Hadisə

29 İyul 2021 16:09 3154


Bakıda bir qrup feminist Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Yenisabah.az xəbər verir ki, onlar “Qadın qətlləri siyasidir” şüarı ilə etiraz ediblər.  Aksiya iştirakçıları son vaxtlar artan qadın qətllərinə diqqət çəkmək üçün tabut hazırlayaraq onun üzərinə öldürülən qadınların adlarını yazıblar.

DİN-in binasının qarşısına gətirilən tabut mühafizəçilər tərəfindən götürülüb. Dominos pizza

 Aksiya iştirakçılarının sözlərinə görə, Azərbaycanda son günlər baş verən qadın qətllərinə qarşı ciddi tədbir gözülməlidir:

 “Biz qadınlara diqqətli yanaşmağı, onların həyatıyla oynamamağı, onlar üçün zəruri olan addımların atılmasını tələb edirik. Son 10 gündə beş qadın qətlə yetirilib. Biz düşünürük ki, qadın qətlləri siyasidir. Çünki dövlət lazımi tədbirləri görmür. Biz istəyirik ki, ərindən boşanmaq istəyən qadınlara  nə dövlət, nə qohumlar, nə də başqaları təzyiq etməsin, onlar azad olsun. Bir neçə gün ərzində beş qadının qətli artıq faciədir və dövlət bununla bağlı nəsə etməlidir”

 Hadisə yerinə polislər gəlib, onlar bir neçə dəqiqə prosesi müşahidə edəndən sonra iştirakçıları uzaqlaşdırıblar. Aksiya iştirakçıları hadisə yerindən getsələr də, polislər onları müşaiyət edib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!