“Fənərbaxça”nın heyətində koronavirusa yeni yoluxma halları qeydə alınıb.
Yenisabah.az “NTVspor”a istinadən xəbər verir ki, komandada iki oyunçunun koronavirus testinin nəticələrinin pozitiv olması ilə bağlı məlumat yayılıb. Lakin “sarı-lacivərtlər” həmin futbolçuların adlarını açıqlamayıb.
Qeyd edək ki, oyunçular karantinə alınıb.
Mehri QURBAN
Youtube kanalımız