"2015-2018-ci illərə kimi toylara ara verdim. Bunun səbəbi isə filmlər idi. Çünki çatdırmırdım. 2-3 ay içində elə adamlar haqqımda deyib ki, Fərda toya getmir. İçərisində aktyor, müğənni, çörək kəsdiklərim də var".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Rəngarəng səhər" verilişində deyib. Sənətçi onu toydan buran sənət adamlarından danışıb:
"Ruzini verən Allahdır, amma belə şeytanlar da var. Tanıdığım bir şəxs mənə deyir ki, kaş fikrindən daşınardın. Yaxın adamın dedi ki, zəng vurma, səni acılayar. Fərda toya tövbə edib. İnsanların çörəyi ilə oynamayın. Vaxt gələcək adınızı bir-bir çəkəcəyəm. Əgər həmin adamların adı mənə bir də deyilsə, instaqramda adını paylaşacağam. Bəsdirin, cürətiniz çatırsa edin. Dominos pizza
Heç kimlə işim yoxdur. Məni toylardan "buran" insanlara yalnız yaxşılıq etmişəm. Ayıb olsun sizə. Hamı ailə saxlayır. Sizə etdiklərim burnunuzdan gəlsin. Sizi bir şadlıq evinə toplu şəkildə yığıb, hərənizə bir mikrofon verib deyərəm ki, gəlin, toyu başlayaq və bitirək".
Telegram kanalımız