Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul etdi

Siyasət

25 Sentyabr 2026 17:34 133


Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 2-də Xankəndi şəhərində Laçın, Şuşa, Ağdərə, Xocalı, Xocavənd rayonlarının və Xankəndi şəhərinin sakinlərini qəbul edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 1 oktyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə müraciət edərək qəbula yazıla bilərlər. pizza mizza

Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!