Ağcabədi rayonunda bir neçə gün əvvəl fermeri öldürdükdən sonra gizlənən şəxs saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yanvarın 19-da Ağcabədi rayonu ərazisində Hindarx qəsəbə sakini Əhliman Cənnətovu qətlə yetirməkdə şübhəli bilinən Mansur Qasımov da saxlanılıb.
Qeyd edək ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində 31 yaşlı Sərxan Məmmədzadə və 39 yaşlı Mansur Qasımov axşam yanvarın 19 axşam saatlarında 1956-cı il təvəllüdlü Əhliman Cənnətovun evdən çağıraraq avtomobilin təmiri üçün bir neçə ehtiyat hissəsi istəyib. Bu zaman M. Qasımov onu ağac parçası ilə vurub yerə yıxıb, daha sonra huşsuz vəziyyətdə olan kişini özü ilə gətirdiyi iplə boğaraq öldürüb. Kişinin öldüyünü görən Sərxan və Mansur meyiti avtomobilə qoyaraq hadisənin baş verdiyi ərazidən təxminən 2 km aralıda əkin sahəsinin kənarından olan kiçik su arxına basdırıblar. Daha sonra fermadan 14 baş qoyun oğurlayıblar. pizza hut
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız