Fəxri Roma Papası XVI Benedikt vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Fəxri Roma Papası XVI Benedikt vəfat edib

Dünya

31 Dekabr 2022 14:56 805


Fəxri Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Vatikanın Mətbuat Xidmətinin nümayəndəsi məlumat verib.

Xatırladaq ki, almaniyalı kardinal, ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq Roma papası seçilib. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah edib. pizza

XVI Benedikt ömrünün son illərini Vatikan ərazisində yerləşən keçmiş monastır binasında fəxri Roma Papası kimi keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!