Fövqəladə Hallar Nazirliyi bu gecə baş vermiş zəlzələnin yaratdığı ziyanla bağlı araşdırmaya başlayıb.
“Yeni Sabah” xəbər verir ki, qurumun yaydığı məlumata görə, Azərbaycan Milli Elimlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
“Qeyd olunan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır. Əlavə məlumat veriləcək” – deyə nazirliyin açıqlamasında bildirilir. Marqarita pizza
Telegram kanalımız