Flora Kərimova illər sonra etiraf etdi:   “Anam haqsız idi“

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimova illər sonra etiraf etdi: “Anam haqsız idi“

Şou

28 İyul 2021 17:15 1981


“İnsanlar həm yaxşı gündə , həm də pis gündə bir-birlərinə mütləq dayaq olmalıdırlar. İstər maddi, istər mənəvi”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Flora Kərimova deyib.

O, Azərbaycan xalqının hər zaman bir-birinə arxa-dayaq olduğunu bildirərək vaxtilə başına gəlmiş hadisəni danışıb: Marqarita pizza

 “Əvvəllər bizim xalq yaxşı günündə olmasa belə, kiminsə başına pis hadisə gələndə, mütləq həmin adamın yanında olub, ona dəstək verərdilər. Belə bir hadisə mənim öz həyat təcrübəmdə olub. Ruhuna qurban olduğum anamın o vaxt rayonda qonşumuzla böyük ədavəti oldu. Həmin mövzuda anam haqsız idi. Lakin dayım rəhmətə gedəndə dalaşdığı qonşumuz birinci yuxarı qalxıb ona dəstək oldu. Çünki anam telefonda zəng edib ağlaya-ağlaya qardaşının dünyasını dəyişdiyini deyəndə qonşumuz təsadüfən eşitmişdi. O qadın hər cümə axşamı bizə gəlib, köməyini əsirgəmirdi. Həyatda adamın başına gələn hər şey təcrübədir. Həmin hadisədən sonra qonşumuzla salam-sağolumuz yenidən yarandı, anam öz səhvini başa düşdü. Mən belə şeylər görüb tərbiyə almışam, övladlarımı da bu cür tərbiyə etmişəm. Millətimin bax bu cür ənənəsi, birliyi olub. Bu gün də bu ənənənin davam etməsini istəyirəm”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!