Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırdı

Dünya

19 İyun 2026 23:17 262


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsraili Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekun mətbuat konfransında danışıb.

“Livanda baş verənlər Avropa İttifaqında dərin narahatlıq doğurur. İsrailin Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi vacibdir”, – deyə Fon der Lyayen bildirib. Dördpendirli pizza

O, çıxışında və jurnalistlərin suallarını cavablandırarkən Aİ sammitində İsrailə və ya onun hökumət üzvlərinə qarşı sanksiyaların müzakirə olunub-olunmadığı barədə məlumat verməyib.

Qeyd edək ki, son dövrlərdə Avropa İttifaqının bəzi ölkələrində İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırışlar səsləndirilir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!