Fransa İsrailə çağırış etdi - Qüdsdəki erməni məhəlləsinə toxunmayın! 

saytların hazırlanması

Evə çatdırılma

Fransa İsrailə çağırış etdi - Qüdsdəki erməni məhəlləsinə toxunmayın! 

Dünya

05 Aprel 2024 11:58 663


Fransanın Fələstindəki Baş Konsulluğu İsrail hakimiyyətini Qüdsdəki erməni məhəlləsində status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Konsulluğun X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir. 

Aprelin 3-də İsrail polisi Qüdsdəki “Koveru Partez” (“İnək bağı”) məhəlləsinin ərazisindəki maneələri dağıdıb. Bu zaman israilli hərbçilərlə erməni fəallar, eləcə də erməni ruhanilərinin nümayəndələri arasında toqquşma baş verib.

"Fransa Qüdsün erməni məhəlləsində baş verən hadisələrdən narahatdır. Biz İsrail hakimiyyətini Qüdsdəki status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!