Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Fransa mallarını boykot etmək kimə fayda verəcək? - İqtisadçıdan  AÇIQLAMA 
27 Okt 2020 12:40
810

Fransa mallarını boykot etmək kimə fayda verəcək? - İqtisadçıdan AÇIQLAMA 

“Türkiyənin Fransaya, Erdoğanın Makrona etirazı, arqumentli tənqidi anlaşılandı, amma Fransa mallarını boykota çağırmaq ziyanlıdır. Son iki ildə Türkiyə Fransaya aldığından daha çox mal satır. Belə ki, 2019-cu ildə Türkiyə Fransaya 7,9 mlrd. dollarlıq mal satıb, Fransadan isə 6,8 mlrd. dollarlıq mal alıb, yəni Türkiyə bu ticarətdə 1,1 mlrd. dollar qazanıb, bu isə Türkiyədə yüzminlərlə iş yeri deməkdir”. 

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qarşılıqlı boykotun Fransaya xeyir verə biləcəyini diqqətə çatdırıb:

“Bu ilin ilk 8 ayında Türkiyə Fransaya 4,2 mlrd. dollarlıq mal satıb, 3,9 mlrd. dollarlıq isə mal alıb, müsbət saldo yenə Türkiyənin xeyrinədir-300 mln. dollar qazanc var. 

Qarşılıqlı boykot təbii ki, Fransaya xeyir verə bilər, ona görə də haqlı mövqelərin hüquqi və siyasi müdafiəsi daha məntiqli və doğrudur, populizmə yurarlanmaq olmaz. Boykota bizdə də çağırışlar var, bunun da məntiqi və məzmunu yoxdur, Fransa üçün bizim - Azərbaycanın aldığı mal ixracatının 0,01%-i də deyil. Biz isə onlara bu ilin ilk 9 ayında 56 mln. dollarlıq mal satmışıq, bu isə bizim üçün heç də az deyil. Ən çox aldığımız mallardan biri avtomobillərdir, o, Fransa malı olsa da, Türkiyədə istehsal olunur.

Bir sözlə, Türkiyə bizim üçün arxadır, dayaqdır, qardaşdır, özəl ölkədir, ikinci vətəndir, amma həmişə qardaş-qardaşa, dost-dosta sözün düzünü deməli, nəyin səhv, nəyin doğru olduğu haqqında açıq danışmalıdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər