Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Fransa səfiri: “Ermənistanı və Azərbaycanı siyasi prosesləri bərpa etməyə çağırıq”
28 İyl 2021 13:26
618

Fransa səfiri: “Ermənistanı və Azərbaycanı siyasi prosesləri bərpa etməyə çağırıq”

“Fransa Ermənistanı və Azərbaycanı siyasi prosesləri bərpa etməyə çağırır”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakott bildirib.

Səfirin sözlərinə görə, hazırda Ermənistan ərazisində, Geqarkunik bölgəsində hərbi əməliyyatlar gedir. “Təbii olaraq düşüncələrimiz həlak olmuş əsgərlər və ailələri ilədir. Biz də başa düşürük ki, bütün bunlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin pisləşməsi fonunda baş verir. Bu hadisələr Fransada narahatlıq yaradır, çünki Ermənistanın sərhədlərindəki təhlükəsizlik vəziyyətinin pisləşməsinə səbəb olan atəşkəsi pozur. Həmin çərçivədə Fransa Ermənistanla Azərbaycan arasında siyasi proseslərin bərpasına çağırır, lakin bu proses ədalətli olmalıdır və güc və ya başqa bir təsir altında həyata keçirilməməlidir. Təbii ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Fransa, ABŞ və Rusiya arasında, ilk növbədə, vəziyyəti sabitləşdirməyimizə kömək məqsədi daşıyan təmaslar var”, – deyə səfir vurğulayıb.

O, Fransanın əsas narahatlığının sərhəd vəziyyəti ilə əlaqəli olduğunu da qeyd edib.

Conatan Lakott əmin edib ki, Fransa, xüsusilə, məhkumların geri qaytarılması ilə bağlı ötən il 9 noyabrda imzalanmış üçtərəfli bəyanatınbəndlərini unutmur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər