“Fransa Ukraynaya hərbi yardımı gücləndirmək niyyətindədir”.
Yenisabah.az “Sputnik International”a istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandre açıqlama verib.
O, münaqişə başlayandan etibarən Ukraynaya göstərilən yardımlardan danışıb və əlavə edib ki, Paris hər zaman Kiyevə maliyyə, iqtisadi və humanitar dəstək təklif edib. Dördpendirli pizza
“Biz hərbi dəstək də veririk. “Sezar” haubitsaları və hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Fransa, özünü müdafiə etmək üçün Ukraynaya “AMX-10RC” döyüş tankları tədarük edən ilk ölkə olmaqla, tankların tədarükündə liderlik etdi. Bu yardım gücləndiriləcək”, – mətbuat katibi bildirib.
Xatırladaq ki, Paris artıq altı ədəd 155 millimetrlik “TRF1” yedəkli haubitsa və iki “Crotale” hava hücumundan müdafiə sistemini Ukraynaya göndərib. Həmçinin, bildirilib ki, Ukrayna artıq Fransadan 18 “SEZAR” artilleriya qurğusu alıb. Bundan əlavə, “Mistral” və “Milan” zenit-raket kompleksləri, 60-a yaxın zirehli texnika və “HDP-2a2” tank əleyhinə minaları da Ukraynaya göndərilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Ukraynanı hərbi texnika ilə təchiz etdiyinə görə NATO ölkələrinə etiraz notası göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukrayna üçün hərbi texnika olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi NATO ölkələrinin Ukraynaya hərbi texnika verməklə odla oynadığını açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə vurğulayıb ki, Qərbin Ukraynaya silah verməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərir.
Telegram kanalımız